Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 18-də Tacikistana rəsmi səfər edəcək.
Bu barədə Tacikistan KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Özbəkistan dövlət başçısının səfəri iki gün davam edəcək.
Ş.Mirziyoyev səfərə Özbəkistan nümayəndə heyəti ilə yollanacaq. Onlar ticari-iqtisadi və investisiya forumunda, eləcə də məhsul və malların sərgisində iştirak edəcək.