Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb - TALEH KAZIMOV
YENİLƏNİB, foto

Azərbaycanda son üç ildə sığorta sektorunun aktivləri 34,2 faiz artıb.


Bu barədə Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvə" tədbirində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.


"Azərbaycan sığorta sektorunun balans kapitalı, ümumilikdə, 7,7 faiz artıb. Bundan başqa, son üç ildə ölkədə sığorta haqları 67,8 faiz artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26,3 faiz artaraq 587 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 1 faizi keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2 faizə çatdırmaq mümkündür", - deyə o qeyd edib.

**

Azərbaycanın rəqəmsal siyasətlə, innovasiyalarla bağlı növbəti illər üçün dövlət strategiyasının istiqamətləri açıqlanıb.


Bu barədə Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvəsi"ndə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.


Nazir bildirib ki, dövlətin strategiyası üç əsas istiqamət üzərində qurulub: "Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir. Həmçinin rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək. Ölkəmizdə bu istiqamətdə bir sıra işlər aparılır, layihələr gerçəkləşdirilir".

**11:25

Bakı Konqres Mərkəzində Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Türkiyə tərəfindən “İnsurTech Hub”ın təşkilatçılığı ilə ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir.


Senzor.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.


Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırda keyfiyyətcə yeni dövrə qədəm qoyub. Sığorta bazarının inkişafı ilə bağlı həyata keçirilən layihələr əhalinin rifahına töhfə vermək məqsədi daşıyır.


O qeyd edib ki, toplantının əsas məqsədi Türkiyə sığorta şirkətlərinin rəqəmsallaşma sahəsindəki təcrübələrini öyrənmək və Türkiyənin sektor lideri olan texnologiya brendləri ilə birgə Azərbaycanın sığorta bazarında rəqəmsallaşmanın inkişafına töhfə verməkdir.


Tədbirdə Türkiyənin müxtəlif sığorta təşkilatları, o cümlədən Türkiyənin iri sığorta şirkətləri, insurtech-lər, sığorta-maliyyə texnologiyaları şirkətləri iştirak edirlər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.