Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Çinin Makau Xüsusi İnzibati Bölgəsinə səfərə gedib.
Bu barədə Senzor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-də Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanq ilə ikitərəfli görüş keçirib.
Baş prokuror cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Azərbaycanda keçirələciyini və bununla bağlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.
Daha sonra tərəflər hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.