Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.
Bu barədə liseydən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu liseyin ləğv olunması haqqında qərar qəbul edib.
Məlumata görə, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60%) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb.
"Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib. BFL-də tədris ilinin iyulun 1-də başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız iyulun 1-dən qüvvəyə minəcək", - məlumatda bildirilib.
**15:35
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.
İdarədən verilən məlumata görə, özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.
Bildirilib ki, ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.
Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (
Əlavə sualı olan valideynlər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (
Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.
**14:13
Bakı Fransız liseyi fəaliyyətini dayandırır.
“Report”un məlumatına görə, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.
Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.
Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.