Türkiyə və İraq prezidentləri “İnkişaf Yolu”na dair müqavilə imzalayıblar - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdadda İraq Prezidenti Əbdül Lətif Rəşid ilə “İnkişaf Yolu” nəqliyyat layihəsinə dair müqavilə imzalayıblar.


Bu barədə Türkiyə mediası məlumat yayıb.


Sənədin mahiyyəti və hansı sahələri əhatə etdiyi hələ ki açıqlanmayıb.


Qeyd edək ki, R.T.Ərdoğan İraqda rəsmi səfərdədir.

**16:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində İraq Prezidenti Əbdül Lətif Rəşid ilə görüşüb.


Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

**11:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa rəsmi səfərə yola düşüb.


Məlumatı “TRTHaber” yayıb.


R.T.Ərdoğan İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani ilə görüşəcək.


Bildirilib ki, səfər çərçivəsində təhlükəsizlik başda olmaqla ticarət əlaqələri, su problemi, təbii qaz və neft ixracı məsələləri müzakirə olunacaq. Tərəflər arasında terrora qarşı mübarizə mərkəzinin yaradılması planlaşdırılır.


Məlumata görə, Türkiyə və İraq 2030-cu ilədək ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq istəyir.


R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, sənaye və texnologiya naziri Fatih Kacır, Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.