Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə daha bir işçi qrupu yaradılıb
YENİLƏNİB

Ermənistan-Azərbaycan sərhədlərin delimitasiyası üzrə Komissiyanın tərkibində daha bir işçi qrupu yaradılıb.


Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan qərar imzalayıb.


Qrupun tərkibinə Ermənistanın Müdafiə Nazirliyi, Baş Qərargah, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, eləcə də Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.


İşçi qrupunun fəaliyyətini koordinasiya etmək vəzifəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana tapşırılıb.


Qrup sərhəd xəttinin Baqanis (Ermənistan) – Bağanis-Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) – Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) – Qızıl Hacılı (Azərbaycancan) hissələrində koordinatların dəqiqləşdirilməsi ilə məşğul olacaq.


İşçi qrupunun fəaliyyətinə eyni zamanda, ərazinin geodezik ölçülməsi və müvafiq protokol-layihənin tərtib olunaraq Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası üzrə Birgə Komissiyaya təqdim edilməsi də daxildir.(APA)

**13:23

Ermənistan Respublikası Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyanın qərarı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya" yanında işçi qrupu yaradılıb.


Ermənistan KİV xəbər verir ki, işçi qrupun tərkibinə Voskepar, Kirants, Bağanis və Berkaber kəndlərinin inzibati rəhbərləri və sakinləri də daxil edilib.


İşçi qrupuna Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.