Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu barədə Senzor.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verilb.
Bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nəqliyyat və İKT istiqamətləri üzrə görülən işlərə dair fikir mübadiləsi aparılıb.