Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə neftin bir barelinin orta qiymətini 85.7 ABŞ dolları proqnozlaşdırır.
Senzor.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2025-ci ildə isə neftin bir barelinin orta qiyməti 83.5 ABŞ dolları proqnozlaşdırılır.
Qazın qiyməti 2024-cü il üzrə 281 dollar, 2025-ci il üzrə isə 299 dollar nəzərdə tutulur.