Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində 32 terrorçu zərərsizləşdirilib.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, İraqın şimalında Haftanin, Gara, Hakurk və Pəncə-Kilit əməliyyatı bölgəsinə havadan zərbələr endirilib.
"Terror təşkilatlarının baş qaldırmasına imkan verməyəcəyik və onların bölgəsində bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyətlə mübarizəmizi davam etdirəcəyik", - məlumatda vurğulanıb.