Azərbaycan pravoslavları da Pasxa bayramını qeyd edirlər - FOTO

Azərbaycanda yaşayan pravoslavlar da bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.

 

Senzor.az bildirir ki, mayın 4-dən 5-nə keçən gecə Bakıda və Azərbaycanın regionlarında yerləşən pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib. Məbədlərə gələnlər ibadət edib, şamlar düzüblər.

 

Bayram ibadəti Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində də olub.

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, baş keşiş Konstantin Pominov jurnalistlərlə söhbətində bu il Pasxanın Azərbaycan üçün ərazi bütövlüyünün bərpa olunduğu mühüm məqamda keçirilməsi faktını əlamətdar adlandıraraq deyib: “Biz təcavüzkarın işğal etdiyi əraziləri geri qaytardıq, Qarabağı azad etdik. Şuşada, Xankəndidə və ölkəmizin işğaldan azad edilən bütün rayonlarında həyat bərpa olunur”.

 

Milliyətindən və dini etiqadından asılı olmayaraq bütün xalqı Pasxa münasibətilə təbrik edən Konstantin Pominov əlavə edib: “İstərdim ki, sülh, sevgi və xeyirxahlıq insanlarımızın qəlbində daim olsun, Uca Yaradan torpağımıza xeyir-dua, bizə xeyirxah işlər üçün güc versin. Ölkəmizə mənəvi, mədəni və maddi tərəqqi arzulayıram”.

 

Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə mayın 5-də qeyd edilir. Ənənəyə görə, dindarlar bayramdan əvvəlki cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

 

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.