Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 56-dan 66-ya yüksəlib.
Bu barədə “CNN Brasil” telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində xəsarət alanların ümumi sayı 155 nəfərə çatıb.
Ştatda hələ də 101 nəfər itkin düşüb. Eyni zamanda 707 mindən çox sakin yağış və qasırğadan, 332 bələdiyyə fəlakətdən zərər çəkib ki, bu da Rio Qrande-du-Suldakı bütün şəhərlərin 66%-dən çoxuna bərabərdir.