Macarıstan və Ermənistan səfirliklərin yenidən açılması barədə razılığa gəliblər - YENİLƏNİB

Ermənistan və Macarıstan yaxın vaxtlarda İrəvan və Budapeştdə səfirliklərin bərpası barədə razılığa gəliblər.


Ermənistan KİV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bildirib.


“Bu, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesində daha bir mühüm addım olacaq”, - Macarıstan XİN başçısı deyib.


O xatırladıb ki, Macarıstan və Ermənistan 10 illik fasilədən sonra 2022-ci ilin dekabrında diplomatik münasibətləri bərpa ediblər.


Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Macarıstanda rəsmi səfərdədir.


**12:11

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Budapeştə rəsmi səfəri başlayıb.


Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.


Bildirilib ki, Macarıstanda xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək görüş baş tutub.

**10:47

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.


Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.


Səfər zamanı o, Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşəcək.


Danışıqlardan sonra A.Mirzoyan və P.Siyarto birgə mətbuat konfransı keçirəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.