Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
YENİLƏNİB

Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edirəm.


Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla birgə keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, Azərbaycan da həmişə Türkiyənin yanındadır: “Biz həm də 44 günlük müharibənin nəticələrini müzakirə etdik”.


Ə.Əsədov əlavə edib ki, hər iki ölkə strateji tərəfdaşlığın bundan sonra da davam etməsində maraqlıdır.

**13:33

Mayın 8-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.


Nazirlər Kabinetindən Senzor.az-a bildiriblər ki, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.


Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti diqqətə çatdırılıb.


Ə.Əsədovun rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.


Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.