Bu ilin 25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək.
Bu barədə Senzor.az “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.
“25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız şənbə və bazar günləri hər iki istiqamətdə hərəkətdə olacaq”, - məlumatda qeyd olunur.