Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İslam Alimlərinin Məşvərət Toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul keçirib. Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın dəvəti ilə Dünya İslam Alimlərinin Məşvərət Toplantısına qatılan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə tədbirdə iştirak edib.
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, İstanbulun Dolmabahçe sarayında keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və ölkə dindarlarının salam-dualarını ona çatdırıb.
Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində şeyxülislamdan xoş arzularını dostu-qardaşı İlham Əliyevə və Azərbaycan dindarlarına yetirməyi xahiş edib.