Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı deyib.
"Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək", - Ərdoğan bildirib.
O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni ətraflı müzakirə edib.
K.Mitsotakis isə öz növbəsində söyləyib ki, ikitərəfli anlaşma mühiti daha müsbət istiqamətdə inkişaf edir: "Biz göstərdik ki, müsbət dialoqu davam etdirmək əzmindəyik".
**17:47
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfərə gəlib.
Yerli KİV-in verdiyi xəbərə görə, o, Ankarada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektləri, eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.
Görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.
**17:14
Yunanıstanın Baş naziri Kriakos Miçotakis Türkiyədə səfərdədir.
Bu barədə “Haberturk” məlumat yayıb.
Qeyd olunub ki, onun təyyarəsi Ankarada Esenboğa hava limanına enib.
Baş naziri Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisinin köməkçisi Murat Soylu və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan K.Miçotakisi Prezident iqamətgahında qəbul edəcək. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Liderlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.