Rusiya Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbələr endirib.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Onun sözlərinə görə, çoxmərtəbəli binaya və yaxınlıqdakı əraziyə endirilən zərbələr nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.