Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib.
Yerli KİV xəbər verir ki, bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Qeyd edək ki, mayın 11-də Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.