Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub
ölənlərin sayı 5-ə çatıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Çerkaska Lozova kəndini atəşə tutması nəticəsində ölənlərin sayı beşə çatıb.


Bu barədə Xarkov vilayətinin polisi məlumat yayıb.


Bildirilib ki, ölən beş nəfərdən biri yeddiaylıq hamilə qadındır. Qeyd olunub ki, hadisə Çerkaska Lozova kəndindəki istirahət mərkəzində olub. Məlumata görə, Rusiya Silahlı Qüvvələri ərazini “İskander” raketi ilə atəşə tutublar.


Eyni zamanda, olayda biri 8 yaşlı uşaq olmaqla 16 nəfərin yaralandığı diqqətə çatdırılıb. Yaralılardan səkkizi ağır vəziyyətdədir.


**

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin yaxınlığını atəşə tutması nəticəsində azı səkkiz nəfər yaralanıb, dörd nəfər isə ölüb.


Bu barədə Xarkov vilayət hərbi administrasiyasının başçısı Oleh Sinehubov teleqramda bildirib.


Onun sözlərinə görə, yaralanan səkkiz nəfərdən biri təcili yardımın feldşeridir.


Dörd nəfərin öldüyünü bildirən region rəhbəri “işğalçıların dinc sakinlərin istirahət etdiyi yerə zərbə endirdiyini” vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.