İranın helikopter qəzasında həlak olan Prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Ermənistana səfərə hazırlaşırdı.
Bu barədə Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib
Onun sözlərinə görə, qəzadan əvvəl İbrahim Rəisinin səfərinə hazırlıq işləri aparılıb.
Simonyan əlavə edib ki, səfər 19 may tarixinə planlaşdırılsa da, sonradan təxirə salınıb.