Mayın 25-i və 26-da yağan intensiv yağışlar nəticəsində Ermənistanın Lori və Tavuş vilayətlərində Debed və Aqstev çaylarının suyunun səviyyəsi 2 metrdən çox artıb, bu da yaxınlıqdakı ərazilərin su basmasına səbəb olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Vanadzor-Alaverdi yolunun 50 metrlik hissəsi dağılıb.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, daşqınlar nəticəsində iki nəfəri sel aparıb, onların axtarışları davam edir.
Bu arada məlum olub ki, baş nazir Nikol Paşinyan təbii fəlakət zonasına gedib.
“Baş nazir iş yerində Daxili İşlər Nazirliyi və Ərazi İdarəetmə və İnfrastruktur nazirliklərinin hesabatlarını dinləyib və fəlakət zonasına gedib”, – deyə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə yazıb.
Senzor.az