Bakıda TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib

Azərbaycan Milli Məclisində TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib.


Senzor.az xəbər verir ki, iclas “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusuna həsr olunub.


Qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan çıxışında bildirib ki, fiziki baxımından sürətli zehni dəyişiklik ən çox gənclik dövründə baş verir: “Bu da problemlərin meydana çıxmasına səbəb olur. Gənclər arasında fiziki aktivsizlik və qeyri-sağlam qidalanma vərdişləri getdikcə artır. Bu da onların sağlamlağına mənfi təsir göstərir. Bu çərçivədə gənclər üçün maarifləndirici tədbirlər təşkil edilməli, ortaq siyasət və proqramlar qəbul edilməlidir”.


Milli Məclisin deputatı Anar Məmmədov isə qeyd edib ki, Azərbaycan dövləti hər zaman yetişən nəslin yüksək dəyərlər əsasında böyüməsi üçün çalışır: “Ölkə gənclərinin son 20-30 illik müddətdə hansı amal və istiqamət üzrə formalaşdığına 44 günlük Vətən müharibəsində şahid olduq. Həmin vaxt gənclər millət, azadlıq və müstəqillik arzusunu reallığa çevirdilər”.


Tədbirdə Gənc Parlamentarilər Qrupunun dördüncü iclasının yeri və tarixi də müəyyənləşib. Belə ki, növbəti iclas 2025-ci ildə Qazaxıstanda keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.