Minskdə Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilir.
Bu barədə Azərbaycanın Belarusdakı səfirliyi xəbər verir.
İclas Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və belaruslu həmkarı İqor Petrişenkonun sədrliyi ilə keçirilir.
Qeyd edək ki, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclası bu il martın 15-də Bakıda keçirilib və iclasın yekunlarına əsasən, Belarus və Azərbaycan arasında əməkdaşlığa dair protokol, eləcə də bir sıra sənədlər imzalanıb.