“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib.
Senzor.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:
“Müşahidə Şurasının sədri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Ədalət Əliyev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.”.
Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası aşağıdakı tərkibdə idi:
"Müşahidə Şurasının sədri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini".