Qırğızıstanın Azərbaycandakı səfiri dəyişib.
Bu barədə Qırğızıstanın “Kabar” Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Prezident Sadır Japarovun sərəncamı ilə Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.
Qırğızıstan dövlət başçısının digər sərəncamı ilə diplomatik missiyanın keçmiş rəhbəri Kayrat Osmonəliyev tutduğu vəzifədən geri çağırılıb.