Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyun tarixlərində Rusiya Federasiyasına səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Hakan Fidan Moskvada bir sıra ikitərəfli görüş keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda keçiriləcək BRİCS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutacaq BRICS+ iclasında iştirak edəcək.