İqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə ehtiyac var
Ombudsman

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Ətraf mühitlə bağlı çətinliklər: dəyişən dünyada insan hüquqlarının gələcəyi, dayanıqlı həll yolları üçün axtarış” mövzusunda keçirilən İnsan Hüquqları üzrə IV Səmərqənd Forumuna onlayn qaydada qoşularaq məruzə ilə çıxış edib.


Ombudsman Aparatından Senzor.az-a bildiriblər ki, müvəkkil çıxışında hazırda dünyada mövcud olan qlobal iqlim problemlərinin insan hüquqlarının gələcəyi ilə bağlı bir sıra narahatlıqlara əsas yaratdığını bildirib. S.Əliyeva iqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə, habelə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.


Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən ombudsman bu il ölkəmizin BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini də forum iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, ölkəmizdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı mühüm səylər göstərildiyi, o cümlədən dövlət proqramları, fəaliyyət planları və strategiyaların qəbul edilərək həyata keçirildiyi vurğulanıb.


S.Əliyeva, həmçinin silahlı münaqişələrin ətraf mühitin çirklənməsində əsas amillərdən biri olması məsələsinə diqqət çəkib. Ölkəmizin uzun illər işğaldan əziyyət çəkdiyini qeyd edən müvəkkil azad olunmuş ərazilərimizə səfərləri zamanı biomüxtəlifliyə, su mənbələrinə, flora və faunaya ciddi zərər vurulduğuna dair faktların aşkarlandığını bildirib.


Bundan başqa, ombudsman işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış yüz minlərlə partlamamış minanın və hərbi sursatın hazırda keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıdışını ləngitdiyini, insanların həyat və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb. O, həmçinin İkinci Qarabağ müharibəsinin başa çatdığı dövrdən etibarən əksəriyyəti mülki şəxslər olmaqla 361 vətəndaşımızın mina qurbanına çevrildiyini, dağıdılmış infrastrukturun, eləcə də ekosistemin bərpasının uzun müddət və böyük maliyyə resursları tələb etdiyini söyləyib.


Eyni zamanda, ombudsman müharibə və postmüharibə dövrlərində həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri əsasında hazırlanmış xüsusi hesabat, bəyanat və müraciətlərin müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin milli insan hüquqları institutlarına və ombudsmanlarına ünvanlandığını bildirib.


Yekunda S.Əliyeva ekoloji hüquqların müdafiəsi və təşviqi üçün yeni yanaşmaların, birgə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.