“Rusiya Ermənistanda fəlakət zonasında dəmir yolunu qısa müddətdə bərpa edib”.
Sputnik-Armenia”nın xəbərinə görə, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib:
“Çətin bir vaxtda Rusiya Ermənistanda xalqın köməyinə gələrək son dərəcə qısa müddətdə ölkəni Gürcüstanla birləşdirən və təbii fəlakət nəticəsində kəsilən dəmir yolu əlaqəsini bərpa etdi. Ermənistanı xarici aləmlə birləşdirən və həm də ölkəyə həyati əhəmiyyətə malik yükün çatdırılması üçün əsas kanal rolunu oynayan yeganə dəmir yolunda hərəkətin uzun müddət pozulması xalqın ərzaq və yanacaqla təminatı məsələsində mənfi nəticələrə yol aça bilərdi” – A. Overçuk belə deyib.