ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan xəbərdarlıq edib ki, Donald Tramp hakimiyyətə gələrsə, Ukrayna ilə təhlükəsizlik sazişi ləğv edilə bilər.
Bu barədə BRIEF Sullivana istinadən məlumat yayıb.
“Mən bu dəyişməz həqiqəti dəyişə bilmərəm. Mən heç kimi çaşdırmağa və yazılanların (söhbət “təhlükəsizlik zəmanətləri”ndən gedir - red) daş üzərində həkk olunduğunu söyləməyə çalışmayacağam”, - o deyib.
Onun sözlərinə görə, tarixdə bir hökumətin müqavilələrinin digər hökumət tərəfindən dəyişdirilməsi faktları olub.
Eyni zamanda, Sallivan qeyd edib ki, "bütünlükdə mövcud sübutlara görə" Birləşmiş Ştatlar adətən uzun müddətə müqavilələr bağlayarkən “idarələrdəki dəyişikliklərdən asılı olmayaraq” öhdəliklərə əməl edir.