Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 4,4 maqnitudalı (ML) zəlzələ olub.
Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Saat 19:42-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 4 km cənubda olub. Cəmi yeddi dəqiqə sonra eyni bölgədə 4 maqnitudalı (ML) afterşok qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.