Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda güclü yanğın olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yanğının söndürülməsi üçün qurudan və havadan müdaxilə edilib. Əraziyə 56 nəqliyyat vasitəsi və 167 nəfərlik briqada cəlb olunub.
Məlumata görə, yanğın ətraf ərazilərə, o cümlədən, yaxınlıqdakı meşəyə və digər zavoda da yayılıb. Yanğının geniş əraziyə yayılmasının əsas səbəbi olaraq isti hava şəraiti göstərilib.
Qeyd olunub ki, hadisə yerində partlayış səsləri də eşidilib.
Bununla belə, yanğını söndürmək mümkün olub.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Hadisənin səbəbi hələ ki məlum deyil.