Şimali Koreyada Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti iclas zalından çıxarılıb.
Senzor.az bildirir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Buna səbəb kimi Rusiya nümayəndə heyətinin protokol qaydalarını pozduğu göstərilib. Belə ki, Rusiya nümayəndə heyətinin üzvləri danışıqlar masası arxasında öz yerlərini tutmağa başlayandan sonra Şimali Koreya rəsmisi onlardan otağı tərk etməyi xahiş edib. Bu tələbin səbəbi ilə bağlı suala cavab olaraq rəsmi bildirib ki, görüş otağına əvvəlcə Kim Çen In daxil olmalıdır.
İclas zalında Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, səhiyyə naziri Mixail Muraşko, habelə Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Vitali Savelyev, eləcə də “Roskosmos” korporasiyasının rəhbəri Yuri Borisov olublar.
Senzor.az