VI çağırış Milli Məclis işini yekunlaşdırdı
YENİLƏNİB

VI çağırış Milli Məclis işini yekunlaşdırıb.


Senzor.az-ın xəbərinə görə, bu gün altıncı çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.


Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb. İclasda iştirak edən deputatlar bir-biriləri ilə səmimi şəkildə görüşərək sağollaşıblar.


Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.


Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.


Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

**

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.


Senzor.az-ın xəbərinə görə, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.


Toplantıda 15 məsələ müzakirə olunub.


Əksəriyyəti üçüncü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.


Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyunda qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib, 31 qanun və qərar qəbul edilib.


Spiker Sahibə Qafarova çıxışının sonunda həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib.


Sədr parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

**11:15

VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.


Senzor.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.


**

VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasının gündəliyi dəyişib.


Senzor.az-ın xəbərinə görə, parlamentin bugünkü iclasının gündəliyinə “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi daxil edilib.


Bununla da VI çağırış üzrə bugünkü sonuncu plenar iclasda gündəliyə təklif olunan məsələlərin sayı 15-ə çatıb.


Həmin məsələlər aşağıdakılardır:


1. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.


2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.


3. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).


4. Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).


5. Ailə Məcəlləsinə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik layihəsi (üçüncü oxunuş).


6. Torpaq Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).


7. Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).


8. “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).


9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).


10. Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).


11. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).


12. “Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).


13. “Lisenziyalar və icazələr haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi.


14. “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi


15. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).


Qeyd edək ki, sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.