Ərdoğan Azərbaycan mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında sənədə düzəlişi imzalayıb

Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmana düzəliş edilib.


Yerli KİV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.


“1567 saylı Qanunun 1-ci, 474 saylı Qanunun 2-ci, 3283 saylı Qanunun 2-ci, 4458 saylı Qanunun 16-cı, 22-ci və 55-ci məddələri ilə 2976 saylı Qanun, 7260 saylı Qanun və 7497 saylı Qanunun müddəalarına əsasən əlavəli “Azərbaycan Respublikası mənşəli bəzi malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmanda düzəliş edilməsi haqqında fərmanın” qüvvəyə minməsinə qərar verilmişdir”, – sənəddə qeyd olunub.


Dəyişikliyə görə, içkilər daxil olmaqla bir sıra içəcəklərin 15 000 hektolitr kvota daxilində baza tarif dərəcəsinin 100 % azaldılması nəzərdə tutulub.


Fərman iyulun 1-də qüvvəyə minəcək.


“Bu Fərmanın müddəalarını ticarət naziri icra edir”, – sənədin son maddəsində vurğulanıb.


Xatırladaq ki, mayın 10-da Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.