Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 2-də Belarusa səfər edib.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.