Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Yerli KİV xəbər verir ki, hökumət ofisində keçirilən görüşdə İrakli Kobaxidze və Ararat Mirzoyan strateji tərəfdaşlıq, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, eləcə də turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Kobaxidze bir daha bəyan edib ki, Gürcüstan regionda sabit və təhlükəsiz mühitin qorunmasında mühüm rol oynamağa davam edəcək.
**14:40
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda dayanıqlı sülhün qorunması və bərqərar olması üçün tarixi hadisə olacaq.
Gürcüstan KİV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə danışıqlarda zamanı deyib.
“Mən bəyan etdim ki, bir ay ərzində intensiv işləsək, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm sazişi imzalaya bilərik. Bununla yanaşı, regionda inkişaf və sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Bu, təkcə Ermənistan üçün deyil, digər region ölkələri üçün də iqtisadi cəhətdən sərfəlidir”, - o bildirib.
**12:21
Ermənistanın xarici işlər naziri Gürcüstanda səfərdədir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tbilisiyə səfər edən Ararat Mirzoyan gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşüb.