Türkiyə hərbçilərinin İraqın və Suriyanın şimalında keçirdiyi növbəti əməliyyat nəticəsində 11 terrorçu ölüb.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Hakurk bölgəsindəki “Barış pınarı” rayonunda keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının altı, Suriyanın şimalında isə beş üzvü öldürülüb.