Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.