Bir sıra ölkələr onlara aid peyklərin işinə mane olduğu üçün Ermənistanın “Ayasat-1” və “Armsat-1” peyklərinin fəzadan geri çağırılmasını tələb edib.
“Johovurd” qəzetinin xəbərinə görə, buna səbəb onların buraxılış prosesinə hazırlığının qeyri-peşəkar səviyyədə həyata keçirilməsidir.
Peyklərin orbitə buraxılması ilə bağlı işlərə təyinatından əvvəl ABŞ-da taksi sürücüsü işləmiş Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan rəhbərlik edib.
Qeyd edək ki, hər iki peykin buraxılma prosesi müvafiq olaraq 2022 və 2023-cü illərdə ABŞ Hərbi Hava Qüvvələrinin “Vandenberq” bazasından həyata keçirilib.