Türkiyədə Zəfər Bayramı günüdür FOTO

Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.
 
Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşında ağır izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, italyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.
 
Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mücadiləsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə-gündüz döyüşən türklər avqustun 23-də düşmənin hərəkətini dayandırıb ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda Türk Ordusu böyük itki versə də geri çəkilməyib, düşmənin qarşısı cəsarətlə alınıb. Sakarya savaşında Türk Ordusu çox sayda zabit şəhid verdiyi üçün bəzən bu döyüşləri “Zabitlər savaşı” kimi də adlandırırlar.
 
Nəhayət, Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların da başlanğıcı avqust ayına təsadüf edib. 1922-ci il avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhə boyu hücuma keçmək əmri alan Türk Ordusu düşməni hər tərəfdən sıxışdırdı. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə saldı. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə, türk yurdunu tərk etməyə məcbur oldu. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrildi...

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan edilib.

Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.