Ərdoğan Atatürkün məzarını ziyarət etdi "TÜRKİYƏ CÜMHURİYYƏTİ ƏMİN ƏLLƏRDƏDİR"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust - Zəfər Bayramı münasibətilə Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti əvvəlcə Anıtqəbrə əklil qoyub, daha sonra Anıtqəbrin özəl dəftərini imzalayıb.
 
“Əziz Atatürk, müstəqilliyimizə gedən yolun qızıl həlqələrindən biri olan Böyük Zəfərin 99-cu ildönümündə yenə hüzurundayıq. Bu tarixi gündə Sizi və əziz şəhidlərimizi rəhmətlə yad edirik. Türkiyəni bizlərə qoyduğunuz hədəflərə uyğun olaraq parlaq gələcəyə aparırıq. Müdafiə sənayesində atdığımız addımlarla millətimizin göz bəbəyi olan Türk Silahlı Qüvvələrinin gücünü hər sahədə daha da artırırıq. Demokratiyada, ədalətdə, hüquq və azadlıqlarda həyata keçirdiyimiz islahatlarla xalqla cümhuriyyət arasındakı bağı möhkəmləndiririk. Əmanətiniz olan Türkiyə Cümhuriyyəti əmin əllərdədir. Ruhun şad olsun”, - deyə Ərdoğan qeyd edib.
 
Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digər rəsmilər ziyarətdə iştirak ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.