İctimai yerlərdə yenə koronavirus xəstələri saxlanılıb.
Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.