Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Varşavaya səfər edə biləcəyini deyib.
Bu barədə o, Wnet radiosuna məlumat verib.
Yablonski əlavə edib ki, səfərə hazırlıq gizli şəkildə aparılacaq. Səfər təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyəcək: “Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək, amma tələsməyək”.
Onun sözlərinə görə, hazırda Ukraynanın gələcəyi və münaqişədən sonra yenidənqurma ilə bağlı fəal müzakirələr gedir. Söhbət Ukrayna üçün “Marşal planı” adlanandan – bərpa mexanizminin əsaslanacağı sistemdən gedir.