“İran ABŞ Prezidenti Donald Trampın ölkənin ali lideri Əli Xameneiyə ünvanladığı məktubu hələ əldə etməyib”.
TASS xəbər verir ki, bu barədə məlumatı brifinqdə İranın xarici işlər naziri Abbas Araqçı açıqlayıb.
Onun sözlərinə görə, məktubu tezliklə vasitəçi çatdıracaq: “Məktub yazılıb, lakin hələ bizə çatmayıb. Razılaşmaya əsasən, onu tezliklə ərəb ölkələrindən birinin nümayəndəsi Tehrana çatdıracaq”.
Xatırladaq ki, ötən həftə D.Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib ki, Xameneiyə İranın nüvə proqramına dair məktub ünvanlayıb.