ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.
Senzor.az bildirir ki, bunu Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə danışan Dövlət katibi Marko Rubio deyib.
“Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və indi ruslar “hə” və ya “yox” deməli olacaqlar”, - o bildirib.
Qeyd edək ki, martın 11-də Ciddədə təxminən 8 saat davam edən danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.