Pakistanda 450 girovdan 155-i azad edilib - VİDEO

Pakistanın təhlükəsizlik qüvvələri bir gün əvvəl “Bəlucistan Azadlıq Ordusu (BLA)” yaraqlılarının girov götürdüyü 450 nəfərin ən azı 155-ini azad edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 27 terrorçu məhv edilib, girovların azad olunması əməliyyatı davam etdirilir.

 

Hökumətin və dəmir yolu idarəsi  rəsmilərinin məlumatına görə, silahlı şəxslər qatarı qaçırdıqdan sonra ən azı 10 nəfəri öldürüblər. Dəmir yolunun yüksək səviyyəli rəsmisi İmran Həyat dünən axşam “CNN” telekanalına ölənlərdən doqquzunun təhlükəsizlik işçisi, birinin isə qatar maşinisti olduğunu deyib.

 

Xatırladaq ki, dünən terrorçular Pakistanın Kvetta şəhərindən Pişəvərə gedən “Cəfər Ekspress” sərnişin qatarını atəşə tutub, qatarın maşinisti həlak olub və bir neçə sərnişin ağır yaralanıb. Qatarda 450 sərnişin olub. Terrorçular içəri girib insanları girov götürməzdən əvvəl relsləri partladaq qatarı dayanmağa məcbur ediblər.

 

Hücuma görə məsuliyyəti BLA öz üzərinə götürüb. Bu, Pakistan hökumətinə qarşı mübarizə aparan ən böyük etnik üsyançı qrupdur.

 

Qeyd edək ki, Pakistanın ən böyük, lakin ən az məskunlaşmış əyaləti olan Bəlucistan ölkə ərazisinin 44%-ni tutur. Bölgədəki separatçı hərəkatın nümayəndələri İslamabadı yerli əhalinin iştirakı olmadan təbii sərvətlərdən istifadə etməkdə günahlandırır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.