Ukrayna Prezidenti Volodimir Zelenski Çinin beş şirkətinə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.
Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Siyahıda Çin Xalq Respublikasında qeydiyyatdan keçmiş beş hüquqi şəxsin adı göstərilir. Məhdudiyyətlər 10 il müddətinə tətbiq edilir.
Bunlara aktivlərin dondurulması, ticarət əməliyyatlarının aparılmasının və aktivlərin Ukraynadan çıxarılmasının qadağan edilməsi və s. daxildir.