Metroda "28 May” və “Nizami" stansiyaları arasında hərəkətin dayanması ilə bağlı 20 MARŞRUT XƏTTİNƏ ƏLAVƏ AVTOBUSLAR CƏLB OLUNUB
FOTO

Bakı metrosunda "28 May-Nizami" xəttində hərəkətin dayanması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunan 6 yeni ekspress marşrut xətti fəaliyyət göstərir.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov deyib.

 

“Bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində xətlərin ayrılması layihəsinə start verildiyinə görə vətəndaşlarımız aktiv şəkildə bu ekspress marşrut xətlərinin imkanlarından istifadə edirlər. 28 May Nəqliyyat Mübadilə Mərkəzində M1, M2 və M3 nömrəli üç ekspress marşrut xətti fəaliyyət göstərir. M1 nömrəli ekspress marşrut xətti “İnşaatçılar” metrostansiyasını 28 May Nəqliyyat Mübadilə Mərkəzi ilə, M3 nömrəli ekspress marşrut xətti “20 Yanvar” metrostansiyasını 28 May Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Xüsusilə qeyd edim ki, M2 nömrəli ekspress marşrut xətti və M3 nömrəli ekspress marşrut xətti üzrə həm “İnşaatçılar”dan, həm də “20 Yanvar”dan Nəqliyyat Mübadilə Mərkəzinə gələn avtobuslar aralıq dayanacaq olaraq “Nizami” metrostansiyasının qarşısında saxlayır, vətəndaşlar burada da minib və düşə bilərlər”,- o bildirib. 

Onun sözlərinə görə, M4, M5 və M6 nömrəli üç əlavə ekspress marşrut xətti də təşkil olunub: “M4 və M5 “20 Yanvar” metrostansiyasından hərəkət edir. M4 “20 Yanvar” metrostansiyasını “Koroğlu” metrostansiyası ilə, M5 isə “20 Yanvar” metrostansiyasını “Gənclik” metrostansiyası ilə əlaqələndirir. Nəhayət, M6 nömrəli ekspress marşrut xətti “Elmlər Akademiyası” metrostansiyasından artıq “Gənclik” metrostansiyasına hərəkət edir ki, buradan da vətəndaşlar bu ekspress marşrut xəttinin imkanlarından yararlanaraq o istiqamətə hərəkət edəcəklər”.

 

AYNA rəsmisi sonda vətəndaşlara da müraciət edib: “Biz buradan vətəndaşlarımıza müraciət edirik ki, səfərlərini planlayan zaman öncədən istiqamətlərini düzgün qiymətləndirsinlər və bu ekspress marşrut xətlərinin imkanlarından düzgün yararlansınlar. Əsas qayəmiz insanların gediş sayını minimuma endirməkdir. Bundan savayı, mövcud olan 20 müntəzəm avtobus marşrut xətlərinə əlavə avtobuslar, 100-ə yaxın avtobus cəlb olunub ki, xətlərdə avtobusların sayı artırılsın və əlçatanlıq artsın, insanlar rahat şəkildə avtobuslardan istifadə edə bilsinlər. Vətəndaşlara kömək məqsədilə bu gündən nəqliyyat könüllüləri də fəaliyyətə başlayıb. Onlar “20 Yanvar”, “28 May”, “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarının qarşısında duraraq vətəndaşlarımıza məlumat verirlər”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.