ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib.
TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda təsdiqləyib.
"Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən də bunu təsdiqlədim", - o deyib.
Bundan əvvəl isə Amerika lideri etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsi onun gözlədiyindən də çətin olub.