İran nüvə ehtiyatlarını harada gizlədib?
FRANSA KƏŞFİYYATINDA MƏLUMAT VAR, AMMA...

İranın nüvə proqramının bütün əsas komponentlərinin inkişafı ABŞ və İsrailin İrana hücumlarından sonra əhəmiyyətli dərəcədə ləngiyib, lakin yüksək zənginləşdirilmiş uran ehtiyatının dəqiq yeri sual altında qalır.

 

"Reuters" xəbər verir ki, bunu Fransanın Xarici Təhlükəsizlik Baş Direktorluğunun (DGSE) rəhbəri Nikolya Lerner deyib.

 

"İranın nüvə proqramı sadəcə material (maddi) deyil. Bu, yüksək dərəcədə zənginləşdirilmiş urandır, bu, onu qaz halından bərk vəziyyətə çevirmək qabiliyyətidir, atom nüvəsinin istehsalı və yük çatdırılması sistemidir. Bu mərhələlərin hər biri son hücumlardan sonra "çox ciddi şəkildə zədələnib" və "bizim bildiyimiz kimi proqram ən azı bir neçə ay gecikdirilib", - Lerner deyib.

 

O, həmçinin bildirib ki, zərbələr zamanı yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yalnız kiçik bir hissəsi məhv edilib, yanacağın qalan hissəsi isə İran hakimiyyətinin nəzarəti altında qalmaqda davam edir.

 

"Bizim onun bu gün harada ola biləcəyi ilə bağlı bəzi məlumatlarımız var, lakin MAQATE regionda işini bərpa etməyənə qədər tam əmin ola bilmərik. Bu çox vacibdir. Onsuz bu ehtiyatları izləmək üçün heç bir yolumuz yoxdur", - Lerner vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.